Karavadco

Ud çalan qız.

Təxminən 1595-ci il

Kətan, yağlı boya. 100x126,5 sm

Metropolitan Muzeyi, Nyu York

" Ud çalan qız " - onun fırçasının erkən əsərlərindən biridir. Bu şəkildən ötrü onun sevimli ud çalanı Mario Minkenti poza vermişdir. Həmin silsilədən olan rəsmlərdə məhəbbət duyğusu rəmzi tərzdə meyvələr (tamaşaçını ləzzətlə dadına baxmağa dəvət edən) və musiqi (ani duyğu həzzi kimi bir musiqi) obrazları vasitəsilə ifadə olunur. Çalğıçının obrazı o qədər zərif və incədir ki, həmin əsər uzun illər boyunca "Ud çalan qız" adlanıb.