Aleksey Kondratyeviç Savrasov

Dolaşalar qayıdıb.

1871-ci il

Kətan, yağlı boya. 62x48,5 sm

Dövlət Tretyakov qalereyası, Moskva

Bu şəklin etüdləri Kostroma quberniyasının Molitvino kəndində çəkilmişdir. Şəkildə zəmanəmizə qədər qalmaqda olan Voskresenskaya kilsəsi təsvir olunub. İşin tamamlanması rəssamın Moskvadakı emalatxanasında aparılıb. 1871-ci ilin axırlarında "Dolaşalar qayıdıb" əsəri ilk dəfə kütlə qarşısında Səyyar Rəsm Sərgiləri Birliyinin ilk sərgisində nümayiş etdirilib. "Dolaşalar" rəssamlıq sahəsində əsl kəşfə çevrilib.