Sərnişinlər üçün

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar Bakı Metropolitenində sərnişindaşımanın təhlükəsizliyinin təmin edilməsi, sərnişinlərə xidmət səviy­yə­si­nin artırılması məqsədi ilə hazırlanmışdır və Bakı Metropolitenindən istifadə edən bütün şəxslərə şamil edilir.

1.2. Bakı Metropoliteninin stansiyaları hər gün saat 06:00-dan 24:00-dək sərnişinlərin girişi üçün açıqdır.

1.3. Sərnişinlər və Bakı Metropoliteninin işçiləri qarşılıqlı nəzakətli olmalı, metropo­li­tenin ərazisindəki qurğu və avadanlıqlarla ehtiyatla dav­ran­ma­lı­, təmizliyə, ictimai asayişə və bu Qaydaların tələblərinə riayət etməlidirlər.