Sərnişinlər üçün

3. Eskalatordan istifadə edərkən sərnişinlər aşağıdakı qaydalara əməl etməlidirlər:

3.1. Üzü hərəkət istiqamətində sağ tərəfdə dayanmalı və sürahidən tutmalı, ötüb keçmək lazım gəldikdə soldan keçməli;

3.2. Pillələri məhdudiyyət xəttini keçməməli, pillələrdə əyləşməməli;

3.3. Hərəkətsiz hissələrə toxunmamalı, söykənməməli və ya əl yükünü söykəməməli;

3.4. Körpələri qucaqda saxlamalı, uşaqların əlindən tutmalı;

3.5. Minmə və enmə zamanı çanta-arabacıqları qaldırmalı;

3.6. Öz-özünə hərəkətə gəlməməsi və ya aşmaması üçün əl yükünü nəzarətdə saxlamalı;

3.7. Eskalatordan düşərkən ləngiməməli.