z

Qatar maşinisti peşəsi üzrə seçim elanı

23 NOYABR / 2022

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin növbəti seçimini elan edir. 
Seçimdə iştirak etmək istəyən namizədə dair əsas tələblər aşağıdakı kimidir:

- yaşı 24-30 arasında olan kişi və qadınlar;
- ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;
- kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Əsas tələblərə uyğun olan namizədlər məntiq və psixoloji testlərinə, həmçinin müsahibəyə dəvət olunacaqlar. Uyğun namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə cəlb ediləcəklər.
Təlimlər nəzəri və praktiki məşğələlərdən ibarət olmaqla 6-7 ay davam edəcək. Hər mərhələnin yekununda imtahanlar keçiriləcək.
İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron ərizə forması doldurularkən iddia edilən peşə kimi “MAŞİNİST” peşəsi mütləq qaydada qeyd edilməli və müvafiq xanaya yazılmalıdır.
Elektron ərizələr 10 dekabr 2021-ci il tarixindən 25 dekabr 2021-ci il tarixinə qədər qəbul edilir.
Xüsusi qeyd: Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən göstərilən müddətdən əvvəl və sonra göndərilən, eləcə də “maşinist” peşəsi göstərilməyən elektron ərizələr müvafiq ərizə bankına daxil olmur.