z

Lima metrosu-25

Lima metrosu-25

04 APREL / 2022 / 20:10

İstismara verildiyi tarix:18 yanvar 2003-cü il

Xətlərin sayı:1

Xəttin uzunluğu-34,6 km
 

Perunun paytaxtı Limanın metropoliteni şəhərin cənub hissəsində yerləşən tək xətdən, bir neçə tikilən və layihələndirilən xətlərdən ibarətdir.
1997-ci ildən tikilən xəttin ilk hissəsi yalnız 2001-2002-ci illərdə sınaq müddətinə işə salınıb, 2003-cü ildə isə istismara verilib. Xəttin uzadılması işləri 2010-cu il mart ayından davam etdirilib, bütün xəttin açılışı isə 2012-ci il aprelin 5-də baş tutub.
İlk xəttin birinci hissəsi 2001-ci il iyulun 11-dən 2002-ci ilin sentyabr ayına kimi sınaq müddətində həftə içi 07:00-dan 14:00-a qədər, istirahət və bayram günlərində 10:00-dan 17:00-a kimi ödənişsiz rejimdə işləyib. Bu sınaq müddəti texniki xidmətin aparılmasına və sistemin tənzimlənməsinə imkan yaradıb, həmçinin bu nəqliyyat növünə tələbatın öyrənilməsinə və onun istifadəsi barədə təcrübə qazandırıb. Metropolitenin uzunluğu 9,2 km olan 7 stansiyadan ibarət birinci hissəsi Vilya-el-Salvador ərazisindən San-Xuan-de-Miraflores dairəsindəki “Atokonqo”stansiyasına kimi uzanıb. Birinci xəttinin tikintisində “Brazilian Odebrecht” layihə şirkəti və “Peruvian Grana y Montero” tikinti şirkəti iştirak edib.
Lima metropoliteninin inkişaf sxeminə dörd əsas və tikintisi planlaşdırılan üç xətt daxildir.