z

Stansiyalar sığınacağa çevrilib

Stansiyalar sığınacağa çevrilib

28 MART / 2022 / 20:12

Fevralın 24-dən Rusiyanın Ukrayna ərazisində başlatdığı hərbi əməliyyatlarla əlaqədar olaraq Kiyev və Xarkov metropolitenləri işini dayandırıb. Dərin özüllü stansiyalar hava hücumundan müdafiə və mühafizə sıgınacaqlarına çevrilib. İnsanlar ölümdən canlarını qurtarmaq üçün yerin altına üz tuturlar. Bu mənzərəni əks etdirən şəkillərdə əliuşaqlı qadınları, ev heyvanlarını köməksiz qoymayıb özü ilə götürən insanları görürük. Stansiyalardakı vaqonların qapıları açıq saxlanılır, platformalarda içməli su fəvvarələri quraşdırılıb.
Xarkov şəhərinin meri İqor Terexov bildirib ki, hərbçilərdən top atəşləri barədə davamlı olaraq xəbərdarlıqlar alınır. İnsanlara gecələr evdə qalmamaq tövsiyə edilir. Şəhərdə axşam saat 10-dan səhər saat 6-ya qədər komendant saatı elan olunub.
Martın 19-dan Kiyevdə metronun işi qismən bərpa edilib. Sərnişin daşınan sahələrdə qatarlar 40 dəqiqəlik intervalla işləyir.