Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər:

1. Əmək kitabçası (ilk dəfə işə qəbul edilənlər istisna olmaqla);

2. Şəxsiyyətini təsdiq edən sənəd;

3. Dövlət sosial sığorta şəhadətnaməsi (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);

4. Təhsili barədə müvafiq sənəd (işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda);

5. Sağlamlığı haqqında tibbi arayış (İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində işləməsi ilə bağlı).