08 İyul 2021 9:05
Müxtəlif santexnika işlərinin satınalınması üzrə bildiriş
Tenderin vaxtı dəyişdirilib
"Bakı Metropoliteni" QSC “16” iyul 2021-ci il saat 1100-da keçirilməsi nəzərdə tutulmuş Bakı Metropoliteninin III yeni (“Bənövşəyi”) xəttinə aid “Xocəsən” elektrik deposunda Platforma sahəsində, 240 m3-luq su anbarında, vestibül və yeraltı keçiddə müxtəlif santexnika işlərinin satınalınması üzrə Açıq Tenderin vaxtı “04” avqust 2021-ci il tarixə saat 11:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “03” avqust 2021-ci il saat 11:00-ə qədər, tender təklifi və bank təminatını isə “26” iyul 2021-ci il saat 11:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası