07 Avqust 2016

Eskalator və liftlərin  satınalınması üzrə açıq tender

Tender iki lot üzrə keçirilir

 "Bakı  Metropoliteni" QSC 

eskalator və liftlərin  satınalınması üzrə

AÇIQ TENDER ELAN EDIR

Tender  2 ( iki) lot üzrə keçirilir:

  1. Lot 1: "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xətti üzrə şərti adı “B03” stansiyası üçün 17 ədəd , “Sahil” və “ Xətai ” stansiyası üçün 8 ədəd müxtəlif hündürlüklü eskalatorların alınması, quraşdırılması, sazlanması  və işə buraxılması işlərinin” satın alınması 
  2. Lot 2: "Bakı Metropoliteni" QSC-nin Bənövşəyi xətti üzrə şərti adı “B03” stansiyası üçün 3 ədəd sərnişin  liftinin alınması, quraşdırılması, sazlanması  və işə buraxılması işlərinin” satınalınması        

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər  iştirak haqqını aşağıda göstərilən müvafiq hesaba köçürdükdən sonra tərtib olunmuş əsas şərtlər toplusunu

Bakı şəhəri, “Bakı Metropoliteni” QSC-nin

Ünvanı: Bakı ş., M.Rəfili 20 Telefon: (+99412) 490-00-79 ünvanından ala bilərlər.

Əlaqələndirici şəxs:  Rauf Yusifov

Telefon: (012) 490-00-00

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İştirak haqqı       1 lot üzrə - 1000 manat  və ya  600 ABŞ dolları

                             1 lot üzrə - 1000 manat  və ya  600 ABŞ dolları

 Hesab:   AZ98AZRT38050019440010268002 AZN

              AZ68AZRT38150019780010268002 EUR

              AZ88AZRT38150018400010268002 USD

 VÖEN     1402871431

Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)

Kodu:          501361

VÖEN:        9900006111

M/H:  AZ02NABZ01350100000000022944

S.W.İ.F.T:   AZRTAZ22

İddiaçılar tenderdə iştirak  etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barəsində bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi qiymətinin 2%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
  • iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının sürəti;
  • Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
  • müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər azərbaycan dilində, 3 nüsxədə ( 1 əsli və 2 surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

          İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (Tender təklifi və bank zəmanəti istisna olunmaqla) 21 sentyabr 2016-cı il tarixinə, saat 18:00-a qədər, tender təklifi və bank zəmanəti möhürlənmiş, ikiqat zərfdə 29 sentyabr  2016-cı il tarixinə, saat 18:00-a qədər Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

          Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 30 sentyabr 2016-cı il saat 15:00-da “Baki metropoliteni” QSC-nin akt zalinda, Tender Komissiyasının iclasında, Baki ş.  M.Rəfili küç, 20   ünvanında açılacaqdır.

          İddiaçıların səlahiyyətli nümayəndələri Tender Komissiyasının iclasında iştirak edə bilərlər.

         Tender Komissiyası



Bütün Tenderlar