10 Avqust 2017

Fərdi mühafizə vasitələrinin, boyalar, lak və boya, avtomobil təkərlərinin alınması üzrə bildiriş

Müvafiq satınalma müqavilələri imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 11.05.2017-ci il tarixdə keçirilmiş 15 lot üzrə  “Bakı Metropoliteni” QSC-nin istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-1 Fərdi mühafizə vasitələrinin alınması üzrə “Debet Uniform” MMC və “Fəqan-T” MMC, lot-2 Boyalar, lak və boya məmulatlarının alınması üzrə "NB Group" MMC və “Rəmzi-S” MMC, lot-13 Yük və minik avtomobil təkərlərinin alınması üzrə “ERG Baku” MMC qalib elan olunmuşdurlar. Qalib gəlmiş təşkilatlar ilə lot-1 üzrə ƏDV daxil 615861,94 (altı yüz on beş min səkkiz yüz altmış bir manat 94 qəpik) manat və ƏDV daxil 190201,84 (yüz doxsan min iki yüz bir manat 84 qəpik) manat, lot-2 üzrə ƏDV daxil 115479,64 (yüz on beş min dörd yüz yetmiş doqquz manat 64 qəpik) və ƏDV daxil 71075,77 (yetmiş bir min yetmiş beş manat 77 qəpik) manat, lot-13 üzrə ƏDV daxil 308660,86 (üç yüz səkkiz min altı yüz altmış manat 86 qəpik) manat məbləğlərində 01.08.2017-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar