10 Avqust 2017

Hidroizolyasiya mallarının, korroziya əleyhinə örtüyün alınması üzrə bildiriş

Müvafiq satınalma müqavilələri imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 11.05.2017-ci il tarixdə keçirilmiş 15 lot üzrə “Bakı Metropoliteni” QSC-nin istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-6 Hidroizolyasiya mallarının alınması üzrə “Hidroizolservis” MMC və “Aztol Alat” MMC, lot-14 Metropoliten tunellərində istifadə olunan korroziya əleyhinə örtüyün alınması üzrə "Caspi-Marine Technologies” MMC qalib elan olunmuşdurlar. Qalib gəlmiş təşkilatlar ilə lot-6 üzrə ƏDV daxil 1054046,80 (bir milyon əlli dörd min qırx altı manat 80 qəpik) manat və ƏDV daxil 6277,60 (altı min iki yüz yetmiş yeddi manat 60 qəpik) manat, lot-14 üzrə ƏDV daxil 295472,00 (iki yüz doxsan beş min dörd yüz yetmiş iki manat 00 qəpik) manat məbləğlərində 04.08.2017-ci il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar