02 Noyabr 2017

Pikap minik avtomobilinin satınalınması üzrə tenderlə bağlı bildiriş

Tender 15 dekabra keçirilib

Bildiriş

“Bakı Metropoliteni” QSC tərəfindən 14.11.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “4 qapılı, 4x4 təkər formullu 1 ədəd pikap tipli minik avtomobilinin” satınalınması” üzrə Açıq Tenderin vaxtı “15” dekabr 2017-ci il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “06” dekabr 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “14” dekabr 2017-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar