20 Sentyabr 2016

Universal frezer dəzgahının və universal torna dəzgahının satın alınması tenderi

Tender bir lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSC 
Universal frezer dəzgahının və universal torna dəzgahının
satın alınması ilə əlaqədar

 AÇIQ TENDER ELAN EDİR                                                                         

Tender  1 (bir) lot üzrə keçirilir:

 LOT-1. Universal frezer dəzgahının və universal torna dəzgahının və  satın alınması 

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəflili küçəsi 20-dən, (Əlaqələndirici şəxs: Rauf Yusifov  telefon: 490-00-00) ala bilərlər.

 

         İştitak haqqı   – 200 manat  

Hesab:  AZ98AZRT38050019440010268002 AZN

VÖEN: 1402871431

Bank: AZƏR TÜRK BANK ASC (Mərkəz filialı)

Kodu:   501361

VÖEN: 9900006111

M/H: AZ02NABZ01350100000000022944

S.W.İ.F.T:  AZRTAZ22

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

             İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
  • Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə rekvizitləri;

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “24”  oktyabr  2016-cı il saat 1800-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “01” noyabr  2016-cı il saat 1500-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri  “02”  noyabr 2016-cı il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“BAKI  METROPOLİTENİ” QSC 
TENDER KOMİSSİYASI



Bütün Tenderlar