05 Aprel 2018

Yüksək təhlükəli materialların nəql olunması üçün avtomaşının satın alınması tenderinin vaxtı ilə əlaqədar

Tender 2 may 2018-ci il tarixinə keçirilib

Bildiriş

“Bakı Metropoliteni” QSC tərəfindən 16.04.2018-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Yüksək təhlükəli materialların (oksigen və propan qazları) nəql olunması üçün avtomaşının satın alınması” üzrə Açıq Tenderin vaxtı “02” may 2018-ci il tarixə saat 15:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “23” aprel 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “01” may 2018-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar