23 May 2018

Reklam işləri üçün malların satınalınması tenderi ilə bağlı bildiriş

25 iyun tarixinə keçirilib

Bildiriş

“Bakı Metropoliteni” QSC tərəfindən 01.06.2018-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Reklam işləri üçün malların satınalınması” üzrə Açıq Tenderin vaxtı “25” iyun 2018-ci il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “11” iyun 2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “22” iyun 2018-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar