30 May 2018

Peşələr üzrə təlim kurslarının təşkilinin satın alınması bildirişi

Tenderin vaxtı dəyişdirilib

Bildiriş

 “Bakı Metropoliteni” QSC tərəfindən 07.06.2018-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC struktur və bölmələrində kadrların peşə səviyyəsinin artırılması, biliklərin təkmilləşdirilməsi və əməyin səmərəli təşkil edilməsi məqsədi ilə müxtəlif peşələr üzrə təlim kurslarının təşkilinin satın alınması” üzrə Açıq Tenderin vaxtı “29” iyun 2018-ci il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “14” iyun 2018-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “28” iyun 2018-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

 “Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 

 



Bütün Tenderlar