19 Fevral 2016

81-717, 81-714 seriyalı vaqonlar üçün ehtiyat hissələrinin satın alınması ilə əlaqədar AÇIQ TENDER

Tender iki lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSC
qatarların hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə
81-717, 81-714  seriyalı metro vaqonları üçün
ehtiyat hissələrinin satın alınması ilə əlaqədar 
AÇIQ TENDER ELAN EDİR

Tender  2 (iki) lot üzrə keçirilir:

LOT-1.    81-717, 81-714  seriyalı metro vaqonlarının təmiri üçün ehtiyat hissələrinin və qovşaqların satın alınması ilə əlaqədar – 400 manat
LOT-2.    81-717, 81-714  seriyalı metro vaqonlarının təmirində istifadə olunan mexaniki, pnevmatik, elektrik və elektron ehtiyat hissələrinin satın alınması ilə əlaqədar –  500 manat

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər  lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəflili küçəsi 20-dən, (Əlaqələndirici şəxs: Teymur Ələkbərov telefon: 490-00-00) ala bilərlər.

LOT-1.– 400 manat

LOT-2.– 500 manat

Hesabın adı: BAKI METROPOLITENI QSC

Hesab nömrəsi (IBAN):

AZ98AZRT38050019440010268002 

VÖEN 1402871431

Bankın adı: AZƏR-TÜRK BANK ASC  (Mərkəz Filialı)

Kod: 501361

VÖEN: 9900006111

Müxbir hesabı: AZ02NABZ01350100000000022944

SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 tenderdə iştirak etmək üçün yazılı müraciət;

  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
  • Azərbaycan Respublikasında vergilərə digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə rekvizitləri;

 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “07” mart  2016-cı il saat 1500-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “15” Mart 2016-cı il saat 1200-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri “16” Mart 2016-cı il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

“BAKI  METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI



Bütün Tenderlar