06 İyul 2018

Avtomobil, maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən “İstismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin” satın alınmasına dair “Respublika” qəzetində 06.03.2018-ci il, 28.03.2018-ci il tarixlərində dərc edilmiş və tender.gov.az saytında yerləşdirilmiş elanlara əsasən 11.05.2018-ci il tarixində keçirilən lot 1: Yük və minik avtomobil təkərlərinin alınmasına və lot 2: Avtomobil, maşın və mexanizmlər üçün ehtiyat hissələrinin satın alınmasına dair “Açıq Tender” üsulu ilə keçirilən müsabiqədə lot 1 üzrə "GRAND MOTORS" MMC və lot 2 üzrə "Nəqliyyat Təmir-təchizat" MMC tərəfindən təqdim olunmuş təkliflər qəbul olunmuşdur.
Təqdim olunan lot-1 üzrə ƏDV daxil 336708.28 manat (üç yüz otuz altı min yeddi yüz səkkiz manat 28 qəpik) qiymətində və lot 2: üzrə ƏDV daxil 384639.95 (üç yüz səksən dörd min altı yüz otuz doqquz manat, 95 qəpik) manat məbləğləri ilə qalib təşkilatlar ilə müvafiq satınalma müqavilələri imzalanmışdır.


“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 



Bütün Tenderlar