19 İyul 2018

İstismar və tikinti sahələri üçün zəruri olan malların və ehtiyat hissələrinin satın alınmasına dair bildiriş

Müvafiq satınalma müqavilələri imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 11.05.2018-ci il tarixdə keçirilmiş 5 lot üzrə  “Bakı Metropoliteni” QSC-də istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot 4 - Fərdi mühafizə vasitələrinin alınması üzrə "Debet Uniform" MMC və "PLT Business" MMC və lot 5 - Mühafizə vasitələri və geyim formalarının alınması üzrə "Debet Uniform" MMC qalib elan olunmuşdurlar. Qalib gəlmiş təşkilatlar ilə lot-4 üzrə 13.07.2018-ci il tarixdə ƏDV daxil 634 848,26 (altı yüz otuz dörd min səkkiz yüz qırx səkkiz manat 26 qəpik) manat və ƏDV daxil 260 834,28 (iki yüz altmış min səkkiz yüz otuz dörd manat 28 qəpik) manat, lot-5 üzrə 13.07.2018-ci il tarixdə ƏDV daxil 353562,22 (üç yüz əlli üç min beş yüz altmış iki manat 22 qəpik) manat məbləğində müvafiq satınalma müqavilələri imzalanmışdır.

 

“Bakı Metropoliteni” QSC-nin

 Tender Komissiyası

 



Bütün Tenderlar