27 İyul 2018

Müxtəlif növ şüşələrin satın alınmasına dair bildiriş

Tenderin vaxtı dəyişdirilib

Bildiriş

“Bakı Metropoliteni” QSC tərəfindən 06.08.2018-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Müxtəlif növ şüşələrin satın alınması” üzrə Açıq Tenderin vaxtı 20.08.2018-ci il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 09.08.2018-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 17.08.2018-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar