17 Oktyabr 2018 0:00

İstismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların, işlərin və xidmətin satın alınması

Tender dörd lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSC  
istismar  və tikinti sahələrinin normal işinin təşkili üçün
zəruri olan malların, işlərin və xidmətin satın alınması
üzrə

AÇIQ TENDER ELAN EDİR

                                                                                       

Tender  4 (dörd) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəflili küçəsi 20-dən, (Əlaqələndirici şəxs: İlqar Qasımov telefon: 490-00-91) ala bilərlər.

 

LOT-1. “Bakı Metropoliteni” QSC-nin müəyyən ərazilərində   səki  və yollara asfalt örtüyünün qoyulması işlərinin satınalınması

LOT-2. “Bakı Metropoliteni” QSC-nin inzibati binalarında 2019-cu il üçün təmizlik işlərinə dair xidmətin göstərilməsinin satın alınması

LOT-3.   Təsərrüfat mallarının satın alınması

LOT-4.   “Bakı Metropoliteni” QSC-də 1C proqramının təkmilləşdirilməsi üçün modulların alınması və tətbiq edilməsi işlərinin satın alınması

 

                İştirak haqqı-   LOT-1  – 300 manat

                                         LOT-2  – 300 manat

                                         LOT-3  – 300 manat

                                         LOT-4   –150 manat

 

Hesab: AZ98AZRT38050019440010268002

VÖEN 1402871431

Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)

Kodu: 501361

VÖEN:9900006111

M/H:    AZ02NABZ01350100000000022944

S.W.İ.F.T:AZRTAZ22

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

             İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır).
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə rekvizitləri;

 

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “21” noyabr  2018-cı il saat 1800-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə  “29” noyabr 2018-ci il saat 1700-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri “30” noyabr 2018-ci il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

“BAKI  METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI



Bütün Tenderlar