20 Oktyabr 2018 0:00
İstismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan işlərin satın alınması
Tender altı lot üzrə keçirilir
“Bakı Metropoliteni” QSC
istismar və tikinti sahələrinin normal işinin təşkili üçün
zəruri olan işlərin satın alınması üzrə
AÇIQ TENDER ELAN EDİR
Tender 6 (altı) lot üzrə keçirilir:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 20-dən, (Əlaqələndirici şəxs: Zakir Hacıyev telefon: 490-00-91) ala bilərlər.
Lot 1. “Bakı Metropoliteni” QSC -nin “Xətai” stansiyası üçün müxtəlif tip ehtiyat gərginlik qoşucularının və idarəetmə qutularının quraşdırılması işlərinin satınalınması.
Lot 2 "Bakı Metropoliteni" QSC-nin "Bakmil" stansiyasının inzibatı otaqlarında kondisioner sisteminin quraşdırılması
Lot 3 "Bakı Metropoliteni" QSC-nin “N.Nərimanov” Elektrik deposunda A-12 yarımstansiya ilə 6/0.4 kv-kuq D-1 alçaldıcı yarımstansiya arasında kabel kollektorunun tikintisi.
Lot 4 “Bakı Metropoliteni” QSC -nin “Avtovağzal-M.Əcəmi” stansiyaları ərazisində yeraltı su anbarına su xəttinin çəkilməsi işləri
Lot 5 “Bakı Metropoliteni” QSC “Xocasan” Elektrik deposunun ərazisindən keçən 6 KV-luq hava və kabel xətlərinin ərazidən kənara çıxarılması işləri
Lot 6 "Bakı Metropoliteni" QSC-nin "N.Nərimanov" Elektrik deposunun ərazisində "Depo-1" yarımstansiyasında və Avtonəqliyyat kolonun yük maşınlarının sexində döşəmənin epoksid döşəmə örtüyü ilə rənglənməsi
İştirak haqqı LOT-1 – 100 manat
LOT-2 – 150 manat
LOT-3 – 200 manat
LOT-4 – 100 manat
LOT-5 – 100 manat
LOT-6 – 100 manat
Hesab: AZ98AZRT38050019440010268002
VÖEN 1402871431
Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)
Kodu: 501361
VÖEN:9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T:AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “26” noyabr 2018-cı il saat 1800-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “04 ” dekabr 2018-ci il saat 1700-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri “05” dekabr 2018-ci il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
“BAKI METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI