27 Oktyabr 2018

Rabitə avadanlığı, videomüşahidə kameraları və mal-materialların satın alınması üzrə tender

Tender bir lot üzrə keçirilir


“Bakı Metropoliteni” QSC rabitə avadanlığı, videomüşahidə kameraları və mal-materialların satın alınması üzrə

AÇIQ TENDER ELAN EDİR

 


Tender 1 (bir) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 20-dən, (Əlaqələndirici şəxs: İlqar Qasımov telefon: 490-00-91) ala bilərlər.

LOT-1. Rabitə avadanlığı, videomüşahidə kameraları və mal-materialların satın alınması

İştirak haqqı- LOT-1 – 100 manat


Hesab: AZ98AZRT38050019440010268002
VÖEN 1402871431
Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)
Kodu: 501361
VÖEN:9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T:AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

  Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “04” dekabr 2018-cı il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “12” dekabr 2018-ci il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri “13” dekabr 2018-ci il saat 15:30-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 


“BAKI METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI



Bütün Tenderlar