24 Oktyabr 2016

Oturacaqlarının sayı 26-30 olan avtobusun satın alınması

Tender bir lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSC üçün oturacaqlarının sayı 26-30 olan 
avtobusun satın alınması üzrə
AÇIQ TENDER ELAN EDIR

Tender 1 (bir) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, “Bakı Metropoliteni” QSC, M.Rəfili küçəsi 20 ünvanından, (əlaqələndirici şəxs: Rauf Yusifov, telefon: (012) 490-00-00) ala bilərlər.

LOT-1. Oturacaqlarının sayı 26-30 olan avtobusun satın alınması

İştirak haqqı - 200 manat

Hesabın adı: BAKI METROPOLITENI QSC

Hesab nömrəsi (IBAN):

AZ98AZRT38050019440010268002 

VÖEN 1402871431

Bankın adı: AZƏR TÜRK BANK ASC  (Mərkəz Filialı)

Kod: 501361

VÖEN: 9900006111

Müxbir hesabı: AZ02NABZ01350100000000022944

SWIFT BIK: AZRTAZ22

 İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
  • iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
  • iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24.11.2016-cı il saat 1800-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 06.12.2016-cı il saat 1500-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

            Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 İddiaçıların təklifləri 07.12.2016-cı il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 “BAKI  METROPOLİTENİ” QSC 
 TENDER KOMİSSİYASI



Bütün Tenderlar