25 Oktyabr 2016

Bildiriş: Açıq tender 2 dekabr 2016-cı il tarixinə keçirilib

İştirak sənədlərini 23 noyabr 2016-cı il saat 18:00-a qədər təqdim etmək lazımdır

“Bakı Metropoliteni” QSC tərəfindən 02.11.2016-cı il tarixdə planlaşdırılan 1 lot üzrə Açıq Tenderin başlanması “02” dekabr 2016-cı il tarixinə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “23” noyabr 2016-cı il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “01” dekabr 2016-cı il saat 15:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar