07 Noyabr 2016 0:00
2017-ci il üçün inzibati binalarda təmizlik işlərinə dair xidmətin göstərilməsinin satınalınması üzrə AÇIQ TENDER
Tender bir lot üzrə keçirilir.
“Bakı Metropoliteni” QSC-nin
2017-ci il üçün inzibati binalarında
təmizlik işlərinə dair xidmətin göstərilməsinin satınalınması üzrə
AÇIQ TENDER ELAN EDİR
Tender 1 (bir) lot üzrə keçirilir:
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəflili küçəsi 20-dən, (Əlaqələndirici şəxs: Rauf Yusifov telefon: 490-00-00) ala bilərlər.
LOT-1. “Bakı Metropoliteni” QSC-nin 2017-ci il üçün inzibati binalarında təmizlik işlərinə dair xidmətin göstərilməsi
iştirak haqqı- 300 manat
Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN) :
AZ98AZRT38050019440010268002 AZN
VÖEN 1402871431
Bankın adı : AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesabı: AZ02NABZ01350100000000022944
SWIFT BIK: AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 2%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “07” dekabr 2016-cı il saat 1800-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “15” dekabr 2016-cı il saat 1800-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri “16” dekabr 2016-cı il saat 1500-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
“BAKI METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI