07 Dekabr 2018 0:00

“Xətai” stansiyasının əsaslı təmiri üçün zəruri olan tikinti quraşdırma işlərinin satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən “27” noyabr 2018-ci il tarixdə “Xətai” stansiyasının əsaslı təmiri üçün zəruri olan tikinti quraşdırma işlərinin 6 lot üzrə açıq tender üsulu ilə satın alınmasına dair müsabiqədə 

1. Lot-1 “Xətai” stansiyası üçün Metro tipli qapıların və paslanmayan metaldan müxtəlif təyinatlı metal-konstruksiyaların (maneələr, tavan, döşəmə, növbətçi üçün köşk və s.) quraşdırılması işlərinin satınalınması üzrə "Caspinox" MMC ƏDV 268 741,98 manat (iki yüz altmış səkkiz min yeddi yüz qırx bir manat, 98 qəpik) manat məbləği ilə,
2. Lot-2 “Xətai” stansiyası üçün aliminium qapı, pəncərə, vitraj və s quraşdırılması işlərinin satınalınması üzrə "Caspinox" MMC 139 817,07 manat (bir yüz otuz doqquz min səkkiz yüz on yeddi manat, 07 qəpik) manat məbləği ilə,
3. Lot-3. “Xətai” stansiyasında(maşın zalında, inzibati və s otaqlarda) kondisioner sisteminin quraşdırılması işlərinin satınalınması üzrə "Formcond" MMC ƏDV daxil 233 576,85 manat (iki yüz otuz üç min beş yüz yetmiş altı manat, 85 qəpik) manat məbləği ilə,
4. Lot-4. “Xətai” stansiyasında(maşın zalında, yarımstansiyada, inzibati və s otaqlarda) havalandırma işlərinin satınalınması üzrə "Alten" MMC ƏDV daxil 208 939,30 manat (iki yüz səkkiz min doqquz yüz otuz doqquz manat, 30 qəpik) manat məbləği ilə
5. Lot-5. “Xətai” stansiyasında (maşın zalında, inzibati otaqlarda və s) santexnika işlərinin satınalınması üzrə “SMT-İnşaat” MMC ƏDV daxil 144 126,66 manat (bir yüz qırx dörd min yüz iyirmi altı manat, 66 qəpik) manat məbləği ilə,
6. Lot-6 “Xətai” stansiyasının girişində günlüyün ( kozeroqun) quraşdırılması işlərinin satınalınması üzrə «Parket House» MMC ƏDV daxil 135 990,16 manat (bir otuz beş min doqquz yüz doxsan manat, 16 qəpik) manat məbləği ilə qalib elan olunmuşdur.
Qalib gəlmiş təşkilatlarla 03.12.2018-ci il tarixdə müvafiq satınalma müqavilələri imzalanmışdır.

 

 

 

 

 

 

 

 



Bütün Tenderlar