17 Dekabr 2018 0:00

Müxtəlif obyektlərində yanğın siqnalizasiyasının quraşdırılması işlərinin satınalınmasına dair

Satınalma müqaviləsi imzalanıb

"Bakı Metropoliteni" QSC tərəfindən “07” dekabr 2018-ci il tarixdə açıq tender üsulu ilə keçirilən müsabiqədə Tenderin əsas şərtlər toplusunun tələblərini və qiymətləndirmənin nəticələrini nəzərə alaraq, keçirilən tenderdə iştirak etmiş şirkətlər arasında lot -1 üzrə “Bakı Metropoliteni” QSC-nin müxtəlif obyektlərində yanğın siqnalizasiyasının quraşdırılması işlərinin satınalınmasına dair “LB Universal” MMC və lot 3 “Bakı Metropoliteni" QSC-nin "Xətai" stansiyasında kassa zalı səviyyəsində asma dartma tavanının və karniz elementlərinin işıqlanma sistemi ilə birlikdə quraşdırılması işlərinin satın alınmasına dair «NİMEX» MMC Tender Komissiyasının qərarı ilə bu lotlar üzrə qalib elan olunmuşlar.

“LB Universal” MMC ƏDV daxil 111 359,97 manat (yüz on bir min üç yüz əlli doqquz manat 97 qəpik ) məbləği ilə 13 dekabr 2018-ci il və NİMEX» MMC ƏDV daxil 54 101,70 ( əlli dörd min yüz bir manat 70 qəpik ) manat məbləği ilə 11 dekabr 2018-ci il tarixdlərdə müvafiq satınalma müqavilələri imzalanmışdır.

 

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar