15 Yanvar 2019 0:00

Müxtəlif metal işlərinin satınalınması üzrə tender

Tender bir lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSC - "Bakmil" stansiyasında kassa zalı səviyyəsində pilləkən marşında şüşə məhəccərin quraşdırılması və paslanmayan metaldan müxtəlif metal işlərinin satınalınması üzrə
AÇIQ TENDER ELAN EDIR


Tender 1 (bir) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 16-dan, (Əlaqələndirici şəxs: Zakir Hacıyev
telefon: 490-00-91) ala bilərlər.
1 lot: "Bakı Metropoliteni” QSC-nın "Bakmil" stansiyasında kassa zalı səviyyəsində pilləkən marşında şüşə məhəccərin quraşdırılması və paslanmayan metaldan müxtəlif metal işlərinin satınalınması

İştirak haqqı 1 lot üzrə - 150 manat

Hesab: AZ98AZRT38050019440010268002
VÖEN 1402871431
Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)
Kodu: 501361
VÖEN: 9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T: AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barəsində bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin
açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının sürəti;
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri;
Sənədlər azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununauyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (Tender təklifi və bank zəmanəti istisna olunmaqla) 18 fevral 2019-ci il tarixinə, saat 18:00-a qədər, tender təklifi və bank zəmanəti möhürlənmiş, ikiqat zərfdə 26 fevral 2019-ci il tarixinə, saat 17:00-ə qədər Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 27 fevral 2019-ci il saat 15:00-da “Baki metropoliteni” QSC-nin akt zalinda, Tender Komissiyasının iclasında, Baki ş. M.Rəfili küç, 16 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri Tender Komissiyasının iclasında iştirak edə bilərlər.


Tender Komissiyası

 



Bütün Tenderlar