16 Yanvar 2019 0:00

İstismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan mal və materialların satın alınması tenderi

Tender üç lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSC istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan mal və materialların satın alınması üzrə
AÇIQ TENDER ELAN EDIR


Tender 3 (üç ) lot üzrə keçirilir:


1 lot: Sementin satınalınması 
2 lot Qum, çınqıl və s. materialların (daşınması ilə birlikdə) satın alınması
3 lot Tyubinglərin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 16-dən, (Əlaqələndirici şəxs: İlqar Qasımov telefon: 490-00-91) ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqı 1 lot üzrə - 2000 manat 
2 lot üzrə - 1500 manat
3 lot üzrə - 1200 manat

Hesab: AZ98AZRT38050019440010268002
VÖEN 1402871431
Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı) 
Kodu: 501361
VÖEN: 9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T: AZRTAZ22

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barəsində bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 40 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin
açıldığı gündən ən azı 70 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının sürəti;
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 
rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (Tender təklifi və bank zəmanəti istisna olunmaqla) 21 fevral 2019-ci il tarixinə, saat 18:00-a qədər, tender təklifi və bank zəmanəti möhürlənmiş, ikiqat zərfdə 01 mart 2019-ci il tarixinə, saat 17:00-ə qədər Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 04 mart 2019-ci il saat 15:00-da “Baki metropoliteni” QSC-nin akt zalinda, Tender Komissiyasının iclasında, Baki ş. M.Rəfili küç, 16 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri Tender Komissiyasının iclasında iştirak edə bilərlər.


Tender Komissiyası

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Bütün Tenderlar