16 Yanvar 2019 0:00

Özüboşaldan yük avtomaşınlarının satınalınmasına dair bildiriş

06.02.2019-cu il tarixinə keçirilmişdir

“Bakı Metropoliteni” QSC tərəfindən 17.01.2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulan “LOT1.- 2 ədəd 5 – 6 ton yük götürmə qabiliyyəti və 6m3 banın həcmi olan özüboşaldan yük avtomaşınlarının satınalınması” üzrə Açıq Tenderin vaxtı 06.02.2019-cu il tarixə saat 15:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 28.01.2019-cu il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 05.02.2019-cu il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 16 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər. 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 


“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 

 



Bütün Tenderlar