03 Mart 2017

2017-ci il üçün dəftərxana və ofis ləvazimatlarinın, kartriclərin və kartriclərin dolumu xidmətinin satınalınması

Tender üç lot üzrə keçirilir.

“Bakı Metropoliteni” QSC
2017-ci il üçün  dəftərxana və ofis ləvazimatlarinın,
kartriclərin və kartriclərin dolumu xidmətinin satınalınması” üzrə

AÇIQ TENDER ELAN EDIR

Tender 3 (üç ) lot üzrə keçirilir:

1 lot:     “Bakı Metropoliteni” QSC-yə  2017-ci il üçün illik nəzərdə tutulan dəftərxana və ofis ləvazimatlarinın satınalınması 
2 lot:    “Bakı Metropoliteni” QSC-yə 2017-cı il üçün illik nəzərdə tutulan kartriclərin satınalınması
3 lot:    “Bakı Metropoliteni” QSC-yə 2017-cı il üçün illik nəzərdə tutulan printer təmiri, ehtiyat hissələrinin əvəz olunması və kartric doldurulmasına dair servis xidmətlərinin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər  iştirak haqqını aşağıda göstərilən müvafiq hesaba köçürdükdən sonra tərtib olunmuş əsas şərtlər toplusunu

Bakı şəhəri, “Bakı Metropoliteni” QSC

Ünvanı: Bakı ş., M.Rəfili 20 Telefon: (+99412) 490-00-79 ünvanından ala bilərlər.

E: aida.ceferova@metro.gov.az

Əlaqələndirici şəxs:  Rauf Yusifov

Telefon: (012) 490-00-00

Rauf.Yusifov@metro.gov.az

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 İştirak haqqı      1 lot üzrə - 200 manat

                        2 lot üzrə - 200 manat

                        3 lot üzrə - 200 manat

 Hesab:  AZ98AZRT38050019440010268002
VÖEN    1402871431
Bank:     AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)
Kodu:    501361
VÖEN:   9900006111
M/H:      AZ02NABZ01350100000000022944
S.W.İ.F.T:             AZRTAZ22

İddiaçılar tenderdə iştirak  etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • tenderdə iştirak etmək üçün yazılı müraciət;
  • tenderdə iştirak haqqının ödənilməsi barəsində bank sənədi;
  • tender təklifi (zərflərin açıldığı gündən ən azı 40 bank günü qüvvədə olmalıdır);
  • tender təklifi qiymətinin 2%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin

açıldığı gündən ən azı 70 bank günü müddətində qüvvədə olmalıdır);

  • iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq

olunmuş maliyyə hesabatının sürəti;

  • Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
  • iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və

rekvizitləri;

  • müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa

uyğun keçiriləcəkdir.

            İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (Tender təklifi və bank zəmanəti istisna olunmaqla) 14 aprel 2017-ci il tarixinə, saat 18:00-a qədər, tender təklifi və bank zəmanəti möhürlənmiş, ikiqat zərfdə  24 aprel  2017-ci il tarixinə, saat 18:00-ə qədər Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

            Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri 25 aprel 2017-ci il saat 15:00-da “Baki metropoliteni” QSC-nin akt zalinda, Tender Komissiyasının iclasında, Baki ş. M.Rəfili küç, 20 ünvanında açılacaqdır.

            İddiaçıların səlahiyyətli nümayəndələri Tender Komissiyasının iclasında iştirak edə bilərlər.

Tender Komissiyası



Bütün Tenderlar