29 Yanvar 2019

Müxtəlif tipli akkumulyatorların satın alınmasına dair bildiriş

“20” fevral 2019-cu il tarixinə keçirilmişdir

“Bakı Metropoliteni” QSC tərəfindən “08” fevral 2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulan Müxtəlif tipli akkumulyatorların satın alınması üzrə Açıq Tenderin vaxtı “20” fevral 2019-cu il tarixə saat 15:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “11” fevral 2019-cu il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “19” fevral 2019-cu il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər. 

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.


“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 



Bütün Tenderlar