08 Fevral 2019
2019-cu ildə tələb olunan yanğınsöndürən balonların doldurulması xidmətinin satın alınmasına dair bildiriş
Satınalma müqaviləsi imzalanıb
“Bakı Metropoliteni” QSC tərəfindən 25.12.2018-ci il tarixdə keçirilmiş 1 lot üzrə “Bakı Metropoliteni” QSC-yə 2019-cu ildə tələb olunan yanğınsöndürən balonların doldurulması xidmətinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə “Red Line” MMC qalib elan olunmuşdur.
Qalib gəlmiş təşkilat ilə ƏDV-siz 46 612,00 (qırx altı min altı yüz on iki manat 00 qəpik) məbləğində 04.01.2019-cu il tarixində müvafiq satınalma müqaviləsi imzalanmışdır.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası