06 Mart 2019 0:00

Boyalar, lak və boya məmulatlarının satınalınmasına dair bildiriş

“12” aprel 2019-cu il tarixinə keçirilmişdir

“Bakı Metropoliteni” QSC tərəfindən 15 mart 2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulan lot 2: Boyalar, lak və boya məmulatlarının satınalınması üzrə Açıq Tenderin vaxtı “12” aprel 2019-cu il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “03”aprel 2019-cu il saat 18:00-ə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “11” aprel 2019-cu il saat 17:00-ə qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 16 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.


“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 



Bütün Tenderlar