15 Mart 2019 0:00

İstismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan mal, material və işlərin satın alınması tenderi

Tender iki lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSC istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan mal, material və işlərin satın alınması üzrə

AÇIQ TENDER ELAN EDIR


Tender 2 (iki) lot üzrə keçirilir:

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 16-dan, (Əlaqələndirici şəxs: Əlixan Osmanov telefon: 490-00-91) ala bilərlər.
Lot 1. “Bakı Metropoliteni” QSC-nin istismarda olan metro vaqonlarının ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi,qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, tam yığılması və salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması
Lot 2. Yolun üst quruluşunun elementlərinin satınalınması

İştirak haqqı lot 1 üzrə - 1500 manat
lot 2 üzrə - 1000 manat

Hesab: AZ98AZRT38050019440010268002 AZN
AZ68AZRT38150019780010268002 EUR
AZ88AZRT38150018400010268002 USD
AZ80AZRT38150016430010268002 – RUB
VÖEN 1402871431
Bank: AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)
Kodu: 501361
VÖEN: 9900006111
M/H: AZ02NABZ01350100000000022944
S.W.İ.F.T: AZRTAZ22
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barəsində bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin
açıldığı gündən ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının sürəti;
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri;
Sənədlər azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununauyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (Tender təklifi və bank zəmanəti istisna olunmaqla) 24 aprel 2019-ci il tarixinə, saat 18:00-a qədər, tender təklifi və bank zəmanəti möhürlənmiş, ikiqat zərfdə 02 may 2019-ci il tarixinə, saat 17:00-ə qədər Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 03 may 2019-ci il saat 15:00-da “Baki metropoliteni” QSC-nin akt zalinda, Tender Komissiyasının iclasında, Baki ş. M.Rəfili küç, 16 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri Tender Komissiyasının iclasında iştirak edə bilərlər.


Tender Komissiyası

 



Bütün Tenderlar