24 Aprel 2019 0:00

Müxtəlif işlərin satınalınması üzrə tender

Tender dörd lot üzrə keçirilir

“Bakı Metropoliteni” QSCdə müxtəlif işlərin satınalınması üzrə

AÇIQ TENDER ELAN EDİR



Tender 4 (dörd) lot üzrə keçirilir:


LOT-1. "Bakı Metropoliteni" QSC-nin Struktur bölmələrində havalandırma,santexnika,istilik sistemi,işıqlandırma və s. işlərin satınalınması.
LOT-2. "Bakı Metropoliteni" QSC-nin "N.Nərimanov" elektrik deposu ərazisində tikanlı məftildən , metal profildən xüsusi tipli mühafizə hasarının və 17, 24, 40 saylı şaxtaların üzərində metal konstruksiyadan ventilyasiya köşklərinin hazırlanıb quraşdırılması işlərinin satınalınması
LOT-3. "Bakı Metropoliteni" QSC-nin "B03" stansiyasında 35 kv-luq Paylayıcı qurğu binasında fasadın şüşə və kompozit material ilə üzlənməsi işlərinin satınalınması
LOT-4. "Bakı Metropoliteni" QSC-nin müxtəlif obyektlərində asfalt beton təmir işlərinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, M.Rəfili küçəsi 16-dən, (Əlaqələndirici şəxs: Rauf Yusifov
telefon: 490-00-91) ala bilərlər.


İştirak haqqı 1 lot üzrə - 200 manat
2 lot üzrə - 250 manat
3 lot üzrə - 250 manat
4 lot üzrə - 200 manat

Hesabın adı: BAKI METROPOLITENI QSC
Hesab nömrəsi (IBAN) :
AZ98AZRT38050019440010268002 AZN
VÖEN 1402871431
Bankın adı : AZƏR TÜRK BANK ASC (Mərkəz Filialı)
Kod: 501361
VÖEN: 9900006111
Müxbir hesabı: AZ02NABZ01350100000000022944
SWIFT BIK: AZRTAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 40 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- Metropolitendə iş təcrübəsi

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
Tender proseduru «Dövlət satınalmaları haqqında» Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “29” may 2019-cu il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “10” iyun 2019-cu il saat 17:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 16, ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri “11” iyun 2019-cu il saat 15:00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

“BAKI METROPOLİTENİ” QSC
TENDER KOMİSSİYASI



Bütün Tenderlar