03 May 2019

İstismar və tikinti sahələri üçün zəruri olan mal, material və avadanlıqların satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 15.03.2019-cu il tarixdə keçirilmiş 4 lot üzrə “Bakı Metropoliteni” QSC-nin istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan mal, material və avadanlıqların “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-5 müxtəlif növ yastıq və yastıq məmulatlarının alınması üzrə "PİC Azerbaijan" MMC, lot-6 müxtəlif növ elektrik mallarının alınması üzrə "Santral Elektrik LTD" MMC və "ERG Baku" MMC, lot-7 müxtəlif növ işçi alətlərinin alınması üzrə "Metal Elmi-Texniki Mərkəzi" MMC, "Santral Elektrik LTD" MMC və "ERG Baku" MMC, lot-9 kompüter avadanlıqları və mallarının alınması üzrə "Bestcomp Group" MMC qalib elan olunmuşdurlar. Qalib gəlmiş təşkilatlar ilə lot-5 üzrə "PİC Azerbaijan" MMC ilə ƏDV daxil 790 502.06 (yeddi yüz doxsan min beş yüz iki manat 06 qəpik) manat məbləğində 01.05.2019-cu il tarixində, lot-6 üzrə "Santral Elektrik LTD" MMC ilə ƏDV daxil 1058955,07 (bir milyon əlli səkkiz min doqquz yüz əlli beş manat 07 qəpik) manat və "ERG Baku" MMC ilə ƏDV daxil 1767575,24 (bir milyon yeddi yüz altmış yeddi min beş yüz yetmiş beş manat 24 qəpik) manat məbləğnidə 01.05.2019-cu il tarixində, lot-7 üzrə "Metal Elmi-Texniki Mərkəzi" MMC ilə ƏDV daxil 150183.32 manat (yüz əlli min yüz səksən üç manat 32 qəpik) manat, "Santral Elektrik LTD" MMC ilə ƏDV daxil 241274.97 manat (iki yüz qırx bir min iki yüz yetmiş dörd manat 97 qəpik) manat və "ERG Baku" MMC ilə ƏDV daxil 174281.40 manat (yüz yetmiş dörd min iki yüz səksən bir manat 40 qəpik) manat məbləğnidə 30.04.2019-cu il tarixində, lot-9 üzrə "Bestcomp Group" MMC ilə ƏDV daxil 1308992,88 (bir milyon üç yüz səkkiz min doqquz yüz doxsan iki manat 88 qəpik) manat məbləğində 01.05.2019-cu il tarixində müvafiq satınalma müqavilələri imzalanmışdır.


“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar