23 May 2019 0:00

Metal konstruksiyadan hasarın hazırlanıb quraşdırılması işlərinin satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 06.05.2019-cu il tarixdə keçirilmiş 2 lot üzrə "Gənclik ", "Qara Qarayev "və "Neftçilər" stansiyasında paslanmayan metaldan metro tipli qapıların və "B-3" stansiyasının yer üstü ərazisinin abadlaşdırılması işləri çərçivəsində metal konstruksiyadan hasarın hazırlanıb quraşdırılması işlərinin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-1 üzrə “Caspinox” MMC ƏDV daxil 240 849,80 manat (iki yüz qırx min səkkiz yüz qırx doqquz manat, 80 qəpik), lot-2 üzrə “Bakı-Mexaniki-Təmir” ATSC - 165 840,69 manat (bir yüz altmış beş min səkkiz yüz qırx manat, 69 qəpik) qalib elan olunmuşdurlar. Qalib gəlmiş təşkilatlar ilə 22.05.2019-cu il tarixdə müvafiq satınalma müqavilələri imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar