07 İyun 2019

Zəruri olan mal, material və işlərin satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 03.05.2019-cu il tarixdə keçirilmiş 2 lot üzrə “Bakı Metropoliteni” QSC-nin istismar və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan mal, material və işlərin “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-1 Lot-1 “Bakı Metropoliteni” QSC-nin istismarda olan metro vaqonlarının ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi,qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, tam yığılması və salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin alınması üzrə "Nəqliyyat Təmir-təchizat" MMC, Lot -2 Yolun üst quruluşunun elementlərinin satın alınması üzrə “Azərtranss” MMC və “VSP Komplekt “ MMC qalib elan olunmuşdurlar
Qalib gəlmiş təşkilatlar ilə lot-1 üzrə "Nəqliyyat Təmir-təchizat" MMC ilə ƏDV daxil 2 087 843,74 (iki milyon səksən yeddi min səkkiz yüz qırx üç manat, 74 qəpik) manat məbləğində, 03.06.2019-cu il tarixində Lot 2 üzrə “Azərtranss” MMC ilə ƏDV daxil 243932.55 (iki yüz qırx üç min doqquz yüz otuz iki manat, 55 qəpik) manat məbləğində 03.06.2019-cu il tarixində və “VSP Komplekt “ MMC ilə ƏDV-siz 354,000,00 (üç yüz əlli dörd min ABŞ dolları, 00 qəpik) ABŞ dolları məbləğnidə 03.06.2019-cu il tarixində, müvafiq satınalma müqavilələri imzalanmışdır.

 

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar