11 İyul 2019

Müxtəlif növ metal məmulatların,santexnika malların, mexanizmlər üçün sürtgü yağlarının satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 14.06.2019-cu il tarixdə keçirilmiş 3 lot üzrə “Bakı Metropoliteni” QSC-nin müxtəlif növ metal məmulatlarının,  santexnika mallarının, avtomobil, maşın və mexanizmlər üçün sürtgü yağlarının “Açıq Tender” üsulu ilə satın alınmasına dair müsabiqədə lot-1 müxtəlif növ metal məmulatlarının alınması üzrə “CASPİNOX” MMC ƏDV daxil 113870,00 manat (yüz on üç min səkkiz yüz yetmiş manat 00 qəpik), “HEMAT TRADE” MMC ƏDV daxil 426829,60 manat (dörd yüz iyirmi altı min səkkiz yüz iyirmi doqquz manat 60 qəpik),  “UNİMETAL” MMC  ƏDV daxil 1363023,90 manat (bir milyon üç yüz altmış üç min iyirmi üç manat 90 qəpik); lot-2 santexnika mallarının alınması üzrə “Caspian Energy Group” MMC  ƏDV daxil  1 126 296,49 manat (bir milyon yüz iyirmi altı min iki yüz doxsan altı manat 49 qəpik), “Polimart” MMC ƏDV daxil 348 137,85 manat (üç yüz qırx səkkiz min yüz otuz yeddi manat 85 qəpik); lot-3 Avtomobil, maşın və mexanizmlər üçün sürtgü yağlarının alınması üzrə “Azlubritech” MMC ƏDV daxil 670996.20 (altı yüz yetmiş min  doqquz yüz doxsan atı manat 20 qəpik) manat məbləğində 09.07.2019-cu il tarixində müvafiq satınalma müqavilələri imzalanmışdır.  

 “Bakı Metropoliteni” QSC-nin
 Tender Komissiyası

 

 



Bütün Tenderlar