16 Avqust 2019 0:00

Müxtəlif növ kondisioner və məişət avadanlıqlarının satınalınmasına dair bildiriş

“11” sentyabr 2019-cu il tarixinə keçirilmişdir

“Bakı Metropoliteni” QSC tərəfindən 28.08.2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulan müxtəlif növ kondisioner və məişət avadanlıqlarının satınalınması üzrə Açıq Tenderin vaxtı “11” sentyabr 2019-cu il tarixə saat 16:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “02” sentyabr 2019-cu il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə “10” sentyabr 2019-cu il saat 16:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

 

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 



Bütün Tenderlar