20 Avqust 2019

Ehtiyat material və avadanlıqlarının satınalınmasına dair bildriş

“19” sentyabr 2019-cu il tarixinə keçirilmişdir

“Bakı Metropoliteni” QSC tərəfindən 03.09.2019-cu il tarixdə keçirilməsi nəzərdə tutulan metro stansiya və obyektlərinin yanğından mühafizəsi üçün lazım olan ehtiyat material və avadanlıqlarının satınalınması üzrə Açıq Tenderin vaxtı “19” sentyabr 2019-cu il tarixə saat 16:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “10” sentyabr 2019-cu il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə “18” sentyabr 2019-cu il saat 16:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar