14 Oktyabr 2019 0:00
Motodistansiya və Tibb Mərkəz binalarının ümümi layihəsi işlərinin satın alınmasına dair bildiriş
“13” noyabr 2019-cu il tarixinə keçirilib
“Bakı Metropoliteni” QSC tərəfindən “18 ” oktyabr 2019-cu il saat 1600-da keçirilməsi nəzərdə tutulan "Bakı Metropoliteni QSC-nin N.Nərimanov elektrik deposunda tikiləcək Nəqliyyat və Xüsusi Texnika Departamentinə aid Motodistansiya binasının və " Bilgəh Sağlamlıq Mərkəzinin " sanatoriya-profilaktoriyasının ərazisində tikiləcək Tibb Mərkəzi binasının ümümi layihəsi işlərinin satın alınması üzrə Açıq Tenderin vaxtı “13” noyabr 2019-cu il tarixə saat 16:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “01” noyabr 2019-cu il saat 16:00-a qədər, tender təklifi və bank təminatını isə “12” noyabr 2019-cu il saat 16:00-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası