02 May 2017

11.05.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan tenderlə bağlı bildiriş

Tenderin vaxtı 24 may tarixinə keçirilib 

“Bakı Metropoliteni” QSC tərəfindən 11.05.2017-ci il tarixdə keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC-nin istismar  və tikinti sahələrinin normal işinin təşkili üçün zəruri olan malların və ehtiyat hissələrinin satın alınması
LOT-3.  Qranit və mərmərin satın alınması
LOT-4.  Keramoqranitin satın alınması
LOT-5.  Mebel, şüşə, qapı və s. malların satın alınması
LOT-8.  Tikinti mallarının satın alınması
LOT-9.   Birləşdirici və bərkidicilərin satın alınması
LOT-10. Kimyəvi malların satın alınması
LOT-11. 81-717, 81-714  seriyalı metro vaqonlarının təmirində istifadə olunan mexaniki, pnevmatik, elektrik və elektron ehtiyat hissələrinin satın alınması
LOT-12.  Metal profillərin satın alınması

8 Lot üzrə Açıq Tenderin vaxtı “24” may 2017-ci il tarixə saat 15:00-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “15” may 2017-ci il saat 18:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə “23” may 2017-ci il saat 18:00-a qədər, Bakı şəhəri, M.Rəfili küçəsi 20 ünvanına “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar