13 Dekabr 2019 10:36

Vaqonların pasportlarının rəqəmsallaşdırılması xidmətinin satın alınmasına dair bildiriş

Satınalma müqaviləsi imzalanıb

“Bakı Metropoliteni” QSC tərəfindən 15.11.2019-cu il tarixdə keçirilmiş “Bakı Metropoliteni” QSC-nin vaqonlarının pasportlarının rəqəmsallaşdırılması xidmətinin “Kotirovka Sorğusu” üsulu ilə satın alınmasına dair müsabiqədə "BAKİNİTY DİSTRİBUTİON" MMC qalib elan olunmuşdur. Qalib gəlmiş təşkilat ilə 29.11.2019-cu il tarixdə ƏDV daxil 21240,00 manat (iyirmi bir min iki yüz qırx manat 00 qəpik) məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası

 



Bütün Tenderlar