13 Mart 2020 15:30
İşıqlandırma sistemi üçün avadanlıq və malların satınalınmasına dair bildiriş
“08” aprel 2020-ci il tarixinə keçirilmişdir
“Bakı Metropoliteni” QSC tərəfindən 31.03.2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulan işıqlandırma sistemi üçün avadanlıq və malların satınalınması üzrə Açıq Tenderin vaxtı “08” aprel 2020-ci il tarixə saat 14:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “30” mart 2020-ci il saat 14:30-a qədər, tender təklifi və bank təminatını isə “07” aprel 2020-ci il saat 14:30-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.
“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası