10 Aprel 2020 13:46

Səsboğucuların və onların şef-montaj işlərinin satın alınmasına dair bildiriş

“21” may 2020-ci il tarixinə keçirilmişdir

Azərbaycan Respublikasının ərazisində xüsusi əmək rejimi olaraq qeyri-iş günlərinin müəyyən edilməsi barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 113 saylı qərarına əsasən “21” aprel 2020-ci il saat 14-30-da il tarixində keçirilməsi nəzərdə tutulan “Bakı Metropoliteni” QSC-nin “Yaşıl”, “Qırmızı” və “Bənövşəyi” xəttlərinin stansiya və yol mənzillərindəki havalandırma şaxtalarında quraşdırılacaq səsboğucuların və onların şef-montaj işlərinin satın alınması üzrə Açıq Tenderin vaxtı “21” may 2020-ci il tarixə saat 14:30-a keçirilmişdir. Bununla əlaqədar iddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) “12” may 2020-ci il saat 14:30-a qədər, tender təklifi və bank təminatını isə “20” may 2020-cu il saat 14:30-a qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər.

“Bakı Metropoliteni” QSC-nin
Tender Komissiyası



Bütün Tenderlar