17 Avqust 2016

B03 stansiyasının havalandırılma sisteminin avadanlıqlarının aksesuarları ilə birlikdə satınalınması və quraşdırılıması”

Tender iki lot üzrə keçirilir

Təkrar

“Bakı Metropoliteni “ QSC-nin “Bənövşəyi xətt”inin B03 (şərti ad BO3) stansiyası üçün tələb olunan havalandırılma sisteminin avadanlıqlarının aksesuarları ilə birlikdə satınalınması və quraşdırılıması” işləri üzrə
AÇIQ TENDER ELAN EDIR


Tender 2 ( iki) lot üzrə keçirilir:

1. Lot 1: “ Bakı Metropoliteni “ “Bənövşəyi xətt”inin B03 (şərti ad B03) stansiyası üçün tunel və stansiya güc ventilyatorlarının, dampferlərinin və onların aksesuarlarının alınması, quraşdırılması, sazlanması və işə buraxılması işlərinin” satınalınması.
2. Lot 2: Bakı Metropoliteni” QSC-nin “Bənövşəyi xətt”inin B03 (şərti ad B03) stansiyası üçün tələb olunan yerli ventilyasiya və kondisionerləşmə avadanlıqlarının aksesuarları ilə birlikdə alınması quraşdırılması, sazlanması və işə buraxılması işlərinin” satınalınması

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını aşağıda göstərilən müvafiq hesaba köçürdükdən sonra tərtib olunmuş əsas şərtlər toplusunu
Bakı şəhəri, “Bakı Metropoliteni” QSC
Ünvanı: Bakı ş., M.Rəfili 20 Telefon: (+99412) 490-00-79 ünvanından ala bilərlər.
E: aida.ceferova@metro.gov.az
Əlaqələndirici şəxs: Rauf Yusifov
Telefon: (012) 490-00-00
Rauf.Yusifov@metro.gov.az
İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirak haqqı 1 lot üzrə - 1000 manat və ya 600 ABŞ dolları
2 lot üzrə - 1000 manat və ya 600 ABŞ dolları

Hesab:     AZ98AZRT38050019440010268002 AZN
                AZ68AZRT38150019780010268002 EUR
                AZ88AZRT38150018400010268002 USD
VÖEN      1402871431
Bank:     AZƏR-TÜRK BANK ASC (Mərkəz filialı)
Kodu:      501361
VÖEN:    9900006111
M/H:       AZ02NABZ01350100000000022944
S.W.İ.F.T: AZRTAZ22

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barəsində bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən ən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 2%-i həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 90 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzindəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının son bir il ərzindəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq
olunmuş maliyyə hesabatının sürəti;
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanı tərəfindən arayış;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və
rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
- İddiaçının Metropolitendə analoji işləri aparma təcrübəsi haqqında məlumat

Sənədlər azərbaycan dilində, 2 nüsxədə ( 1 əsli və 1 surəti) tərtib olunmalıdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (Tender təklifi və bank zəmanəti istisna olunmaqla) 06 oktyabr 2016-cı il tarixinə, saat 18:00-a qədər, tender təklifi və bank zəmanəti möhürlənmiş, ikiqat zərfdə 13 oktyabr 2016-cı il tarixinə, saat 18:00-a qədər Bakı şəhəri, M.Rəfili küçəsi 20, ünvanına “Baki metropoliteni” QSC-nin “İcraya Nəzarət, kargüzarlıq və Təsərrüfat İşləri” şöbəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 14 oktyabr 2016-cı il saat 15:00-da “Baki metropoliteni” QSC-nin akt zalinda, Tender Komissiyasının iclasında, Baki ş. M.Rəfili küç, 20 ünvanında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri Tender Komissiyasının iclasında iştirak edə bilərlər.


Tender Komissiyası



Bütün Tenderlar